Gənclərə miqrasiya sahəsində nəzəri və praktiki biliklər aşılamaq məqsədilə təşkil edilən “Miqrasiya Məktəbi – 8” layihəsi çərçivəsində təlimlər davam edir.
İnteraktiv şəkildə təşkil olunan növbəti təlim Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin “Turizm biznesi” kafedrasının baş müəllimi, ATMU məzunu Güllü Əsgərli tərəfindən keçirilib.
Təlim “Azərbaycanda turizmin inkişafı və perspektivləri” mövzusuna həsr olunub.
Xatırladaq ki, 6 ay davam edən layihə çərçivəsində iştirakçılar miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri və aidiyyəti beynəlxalq təşkilatlar barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarə olunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanıblar.
Azərbaycanca