ATMU “Xəmsə” yarışının qalibi olub
21.04.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 191
ATMU “Xəmsə” yarışının qalibi olub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) İntellektual Oyunlar Klubu (İOK) və Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) İntellektual Oyunlar Klubunun (İOK) birgə təşkilatçılığı ilə “Xəmsə” Milli İntellektual Oyunu üzrə yarış keçirilib. “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş yarışda ümumilikdə 19 komanda iştirak edib. Bunlardan 3-ü ATMU-nu, 12-si AzTU-nu, 4-ü isə Türkiyə-Azərbaycan Universitetini (TAU) təmsil edib.

AzTU-da təşkil olunan yarış çərçivəsində iştirakçılar komandalar şəklində mübarizə apararaq bilik və məntiqi düşünmə bacarıqlarını nümayiş etdirib. Gərgin və maraqlı keçən yarışın nəticələrinə əsasən, ATMU komandası ən yüksək nəticəni göstərib. Belə ki, 1-ci yerə ATMU-nun “Toureast” komandası, 2-ci yerə TAU-nun “Cloud” komandası, 3-cü yerə AzTU-nun “DyNova” komandası layiq görülüb.

Qalib komandalara kubok və medallar təqdim olunub.

Komandamızı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!