ATMU-da “İş dünyasına baxış” layihəsi çərçivəsində növbəti infotur
21.04.2026
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 198
ATMU-da “İş dünyasına baxış” layihəsi çərçivəsində növbəti infotur

Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və Məzunlarla iş şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən “İş dünyasına baxış” layihəsi uğurla davam edir. Layihənin məqsədi tələbələrin nəzəri biliklərlə yanaşı praktiki bacarıqlar qazanmasına şərait yaratmaq, onları real iş mühiti ilə tanış etmək və universitet-iş dünyası əməkdaşlığını gücləndirməkdir.

Layihə çərçivəsində növbəti infotur “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün təşkil olunub. “Köz Künefe” MMC-yə baş tutan səfər zamanı müəssisənin baş texnoloqu Lalə Aslanlı tələbələri istehsal prosesi ilə yaxından tanış edib və ətraflı məlumat verib. O, çörək və tort istehsalı, künəfə və paxlava məmulatlarının hazırlanma texnologiyaları, həmçinin istehsalda istifadə olunan avadanlıqların texniki-iqtisadi göstəriciləri barədə geniş məlumat təqdim edib.

Tədbirdə Mehmanxana və restoran biznesi kafedrasının dosenti Çingiz Əliyev və müəllimi Səkinə Abbasova iştirak edərək tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsinə öz töhfələrini veriblər.

İnfoturun təşkilinə göstərdiyi dəstəyə görə “Köz künefe” MMC kollektivi və təsisçisi Fırat Dursuna təşəkkür edirik.