ATMU-nun dekanı beynəlxalq konfransda iştirak edib
24.04.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 254
ATMU-nun dekanı beynəlxalq konfransda iştirak edib

Serbiyanın paytaxtı Belqrad şəhərində “Turizm və istirahət kompleksi regional inkişaf sistemində” mövzusunda XIV Beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu, Belqrad Universiteti, Serbiya Coğrafiya Cəmiyyəti, Kuban Universiteti, Oş Texnologiya Universiteti və digər tərəfdaş təşkilatların birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov təmsil edib. O, “Azərbaycan Respublikasında turizm üçün kadr hazırlığı problemi: vəziyyəti və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ölkəmizdə turizm sektoru üzrə kadr hazırlığının mövcud vəziyyəti, bu sahədə ATMU-nun rolu və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında ünvanlanan suallar cavablandırııb. Səfər çərçivəsində Bahadur Bilalov Ümummilli Lider Heydər Əliyevin Belqrad şəhərində yerləşən Taşmeydan parkında ucaldılmış abidəsini ziyarət edib.