ATMU beynəlxalq elmi müstəvidə fəal iştirakını davam etdirir
27.04.2026
Biznes və menecment fakültəsi (məktəbi)
Bölmə: Xəbərlər
Baxış sayı: 198
ATMU beynəlxalq elmi müstəvidə fəal iştirakını davam etdirir

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes və menecment fakültəsinin (məktəbi) dekanı, dosent Vüqar Nəzərov və Menecment kafedrasının müdiri, dosent Camal Hacıyev Qarabağda keçirilən “Karabakh 6th International Scientific Research Congress” beynəlxalq konfransında universiteti uğurla təmsil ediblər.

Bakı Avrasiya Universiteti və Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (Institute of Economic Development and Social Research) tərəfindən birgə təşkil olunan bu nüfuzlu konfrans çərçivəsində nümayəndələrimiz “Milli iqtisadiyyat kontekstində sahibkarlıq fəaliyyətinin və maliyyə infrastrukturunun təkmilləşdirilməsi strategiyaları” mövzusunda elmi məruzə ilə çıxış ediblər. Təqdimatda milli iqtisadi inkişafın dayanıqlılığı, sahibkarlıq mühitinin gücləndirilməsi və maliyyə infrastrukturunun müasir çağırışlara uyğunlaşdırılması istiqamətində strateji yanaşmalar ətraflı şəkildə təqdim olunub.

ATMU-nun akademik heyətinin belə mötəbər elmi platformalarda iştirakı universitetin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, elmi potensialının gücləndirilməsinə və qlobal bilik mübadiləsinə töhfə verir.