Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2027-2031-ci illəri əhatə edəcək Strateji İnkişaf Planının (SİP) hazırlanması istiqamətində işlər davam etdirilir. Bu çərçivədə İşçi qrup tərəfindən maraqlı tərəflərlə görüşlər təşkil olunub.
Universitetin yeddi kafedrasını əhatə edən görüşlərdə professor-müəllim heyəti, inzibati heyət üzvləri və digər əməkdaşlar iştirak ediblər. Fevral-aprel ayları ərzində İşçi qrupun üzvləri kafedra iclaslarında iştirak edərək əməkdaşların fikir və təkliflərini dinləyib, yeni strateji planın hazırlanmasına dair müzakirələr aparıblar.
Görüşlər zamanı akademik heyətin rəy və təklifləri toplanaraq müzakirə olunub və gələcək planlaşdırma prosesində nəzərə alınması üçün qeydə alınıb.
Bununla yanaşı, maraqlı tərəflərlə əməkdaşlıq çərçivəsində işəgötürənlərlə də görüşlər keçirilir. Universitetdə tədris olunan ixtisaslara uyğun olaraq turizm, hotelçilik, qida, sosial iş, maliyyə və digər sahələr üzrə əmək bazarının nümayəndələri ilə müzakirələr aparılır.
Azərbaycanca