Könüllü Təcrübə Proqramının iştirakçıları sertifikatlarla təltif olunub
30.04.2026
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 198
Könüllü Təcrübə Proqramının iştirakçıları sertifikatlarla təltif olunub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) I Könüllü Təcrübə Proqramını uğurla tamamlayan tələbələr üçün görüş keçirilib. Tədbirdə rektor İlham Mədətov, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı, Karyera və məzunlarla iş şöbəsinin müdiri İlahə Əliyeva və Marketinq və ictimaiyyətlə əlaqlər şöbəsinin müdiri Məhəbbət Hacıyeva iştirak ediblər.

İlk olaraq İ.Əliyeva proqram haqqında ümumi məlumat verib. Daha sonra rektor İ.Mədətov proqramın əhəmiyyətindən, gənclərin peşəkar inkişafında bu cür təşəbbüslərin rolundan bəhs edib. O bildirib ki, könüllü təcrübə proqramı tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirmək baxımından mühüm platformadır.

Sonda universitetin rektoru tərəfindən proqramı uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub və onların gələcək karyeralarında bu təcrübənin mühüm rol oynayacağı vurğulanıb.

Qeyd edək ki, proqramda iştirak üçün 41 nəfər müraciət edib, seçim nəticəsində 8 nəfər tələbə universitetin müxtəlif struktur bölmələrində fəaliyyət göstərib.