ATMU-nun şəhidi Məhəmmədəli Həsənzadənin doğum günüdür
01.05.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 185
ATMU-nun şəhidi Məhəmmədəli Həsənzadənin doğum günüdür

Bu gün Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) şəhid məzunu Məhəmmədəli Hörmət oğlu Həsənzadənin doğum günüdür.

Məhəmmədəli Həsənzadə 1999-cu il mayın 1-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonunun Qilican kəndindəndir. O, ATMU-nun “Biznesin idarəçiliyi” fakultəsində Menecment ixtisası üzrə təhsil alıb.

Məhəmmədəli Həsənzadə Ağdam, Hadrut, Cəbrayıl, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabr ayının 6-da Xocəvənd rayonunda gedən döyüşlərdə şəhid olub və Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Məhəmmədəli Həsənzadə ölümündən sonra “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, ötən ildən etibarən ATMU-da şəhidimizin adını əbədiləşdirmək məqsədilə “Şəhid Məhəmmədəli Hörmət oğlu Həsənzadə adına Adlı Təqaüd” təsis olunub. Təqaüd universitetin bakalavriat və magistratura səviyyələrində təhsil alan, ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə malik tələbələrə təqdim edilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!