ATMU-nun məzunu Qüdrət Kərimli Prezident təqaüdünə layiq görülüb
04.05.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 137
ATMU-nun məzunu Qüdrət Kərimli Prezident təqaüdünə layiq görülüb

Azərbaycan Turizm və Menecment Universitetinin “İctimai siyasət” ixtisası üzrə magistr məzunu Qüdrət Kərimli Prezident təqaüdünə layiq görülüb. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, ADA Universitetində bakalavr təhsili alıb.

Detektiv janrda qələmə aldığı əsərlərlə tanınan gənc yazıçının yaradıcılığı oxucular tərəfindən böyük maraqla qarşılanır. Onun xüsusilə son dövrlərdə diqqət çəkən “Kaş ki Gülən Ölüm Olsa” romanı geniş oxucu auditoriyası qazanıb. Bununla yanaşı, müəllifin “Bəyaz Cəhənnəmdə Qanlı Üfüq” və “Bəyaz Cəhənnəmdə Əbədi Ömür” pyesləri də ədəbiyyatsevərlər arasında maraq doğurur.

Məzunumuzu təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.