ATMU kollektivi şəhid Ziya Ağayevin  anım tədbirində
04.05.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 120
ATMU kollektivi şəhid Ziya Ağayevin anım tədbirində

Zirə Mədəniyyət Mərkəzində (EKO PARK) Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış Ziya Ağayevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

“Bir Millətin Qüruru, Bir Vətənin Oğlu – Şəhid Ziya Ağayev” adlı tədbirdə şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, gənclər və müxtəlif qurumların təmsilçiləri iştirak ediblər. Eyni zamanda Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və universitetin nümayəndə heyəti də tədbirdə iştirak edərək şəhidin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə şəhidin şərəfli həyat yolundan, onun Vətənə sədaqəti, qəhrəmanlığı və fədakarlığından söz açılıb.

Çıxış edənlər bildiriblər ki, şəhidlərin xatirəsinin anılması, onların keçdiyi döyüş yolunun təbliği gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.