6-8 may 2026-cı il tarixlərində Bakıda Bakı Dövlət Universitetinin ev sahibliyi ilə AKADEMİ Konqresi keçiriləcək.
Ankara Hacı Bayram Veli Universiteti, Girnə Amerikan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Qarabağ Universiteti ilə birgə təşkil olunan tədbirdə Türk Dünyasında transformasiya və inteqrasiya məsələləri iqtisadiyyat, siyasət və texnologiya baxımından müzakirə ediləcək.
Konqres müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirərək regional əməkdaşlıq və ortaq inkişaf imkanlarının dəyərləndirilməsi üçün platforma rolunu oynayacaq.
Ətraflı:
Azərbaycanca