Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Azərbaycan-Avstriya ikili diplom proqramı çərçivəsində proqramın I kurs tələbələri üçün Dövlət Miqrasiya Xidmətinə infotur təşkil edilib.
İnfotur Azərbaycan-Avstriya ikili diplom proqramı çərçivəsində müəllim Günel Nəsirova tərəfindən tədris olunan “Hüququn əsasları” fənni ilə əlaqəli olaraq həyata keçirilib. Tədbirin əsas məqsədi tələbələrin miqrasiya sahəsində dövlət siyasəti və praktiki fəaliyyətlə yaxından tanış olmalarını təmin etmək, onların nəzəri biliklərini real iş mühiti ilə əlaqələndirmək olub.
İnfotur zamanı tələbələrə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, vətəndaşlara və əcnəbilərə göstərilən xidmətlər, həmçinin miqrasiya sahəsində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat təqdim olunub.
Bununla yanaşı, iştirakçılar qurumun Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsi, eləcə də Çağrı mərkəzinin fəaliyyəti ilə yerində tanış olub, əməkdaşların gündəlik iş prosesi barədə praktiki biliklər əldə ediblər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, bu kimi infoturların tələbələrin peşəkar inkişafında mühüm rol oynadığı vurğulanıb.
İnfoturun təşkilinə göstərilən dəstəyə görə Dövlət Miqrasiya Xidmətinə minnətdarlığımızı bildiririk.
Azərbaycanca