ATMU-da “Vergi mədəniyyəti” mövzusunda maarifləndirici görüş keçirilib
08.05.2026
Biznes və menecment fakültəsi (məktəbi)
Bölmə: Xəbərlər
Baxış sayı: 249
ATMU-da “Vergi mədəniyyəti” mövzusunda maarifləndirici görüş keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes və Menecment fakültəsinin (məktəbi) təşkilatçılığı ilə “Vergi mədəniyyəti” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşün qonağı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin İstehsal sahələrinin auditi üzrə 2-ci şöbəsinin dövlət vergi müfəttişi Natiq İskəndərli olub. Fakültənin dekanı Vüqar Nəzərov qonağı və iştirakçıları salamlayaraq görüşün əhəmiyyətini vurğulayıb və tələbələrə uğurlar arzulayıb.

Tədbirdə fakültənin dekan müavini Nicat Novruzov, İqtisadiyyat kafedrasının baş müəllimləri Şahin Mustafayev və Qeys Məmmədov da iştirak ediblər.

Görüş zamanı tələbələrə vergi mədəniyyətinin formalaşdırılması, vergi öhdəliklərinin cəmiyyət və iqtisadiyyat üçün əhəmiyyəti, şəffaf sahibkarlıq mühitinin təşviqi və məsuliyyətli vergi yanaşması barədə ətraflı məlumat verilib. Eyni zamanda, gənclərin gələcək peşə fəaliyyətində etik və hüquqi biliklərinin artırılmasının vacibliyi xüsusi vurğulanıb.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında interaktiv müzakirələr aparılıb və təşkil olunan yarışmanın qaliblərinə hədiyyələr təqdim edilib.