ATMU beynəlxalq konfransın panel iclasında iştirak edib
08.05.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 494
ATMU beynəlxalq konfransın panel iclasında iştirak edib

Bakı Dövlət Universitetinin ev sahibliyi ilə, Türkiyənin Ankara Hacı Bayram Veli Universiteti, Şimali Kipr Türk Cümhuriyyətinin Girne Amerikan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Qarabağ Universitetinin tərəfdaşlığı çərçivəsində “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” adlı beynəlxalq konfransın panel iclası təşkil olunub.

Panelə ATMU-nun dosenti, p.ü.f.d. Novruz Quliyev moderatorluq edib. ATMU-nun Menecment kafedrasının müəllimləri - i.ü.f.d. Ülkər Sadıqova və Günay İldırımlı “Özəl turizm müəssisələrinin işğaldan azad olunmuş ərazilərdə aqroturizmin inkişaf istiqamətləri”, Ühəyna Valehzadə “Azərbaycanda turizm müəssisələrinin təşkilati-iqtisadi inkişafının elmi-metodoloji aspektləri”, Əziz İsgəndərov isə “Davamlı İnkişaf Məqsədlərinə nail olunması kontekstində Azərbaycan Respublikasının maliyyə bazarında investisiyaların səfərbər edilməsinin müasir çağırışları” mövzularında çıxış edərək universiteti uğurla təmsil ediblər.