Bakı Ali Neft Məktəbində (BANM) ali təhsil müəssisələrində beynəlxalq proqram akkreditasiyası təcrübələrinin müzakirəsi məqsədilə “Azərbaycan ali təhsilində beynəlxalq proqram akkreditasiyası forumu” təşkil olunub. Forum çərçivəsində bu sahədə müasir yanaşmalar, keyfiyyət təminatı mexanizmləri və universitetlərarası əməkdaşlıq imkanları müzakirə edilib.
Tədbirdə ölkənin qabaqcıl ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) forumda Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri Sara Bağırlı və şöbənin mütəxəssisi Fidan Sarıbəyli ilə təmsil olunub.
Tədbirin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi və beynəlxalq əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb.
Azərbaycanca