ATMU-da təhsil proqramlarının monitorinqi yekunlaşır
08.05.2026
Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 473
ATMU-da təhsil proqramlarının monitorinqi yekunlaşır

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bakalavriat səviyyəsi üzrə təhsil proqramlarının daxili monitorinq prosesi yekunlaşmaq üzrədir.

Universitetdə təhsilin keyfiyyətinin davamlı artırılması və tədris prosesinin müasir standartlara uyğun idarə olunması məqsədilə bakalavriat səviyyəsi üzrə 12 ixtisas üzrə təhsil proqramlarının genişmiqyaslı monitorinqinə başlanılıb. Cari ilin 23 fevral tarixindən etibarən Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi tərəfindən həyata keçirilən prosesin şəffaf və peşəkar şəkildə təşkili üçün universitet daxilində xüsusi Komissiya yaradılıb.

Hazırda yekun mərhələsində olan monitorinq proqramların məzmun baxımından təkmilləşdirilməsinə, eləcə də tədrisin keyfiyyət göstəricilərinin optimallaşdırılmasına xidmət edir. Proses çərçivəsində əldə olunan nəticələr və ekspert rəyləri əsasında geniş hesabat hazırlanacaq.

Hesabatın universitetin Elmi Şurasına təqdim olunması, aparılacaq müzakirələrdən sonra isə ixtisaslar üzrə təhsil proqramlarının gələcək inkişaf strategiyasına dair müvafiq qərarların qəbul edilməsi nəzərdə tutulur.