10 May müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür. Bununla əlaqədar olaraq, Azərbaycan Turizm və Menevment Universitetinin (ATMU) rəhbərliyi və kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar.
Daha sonra ATMU kollektivi Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.
Azərbaycanca