ATMU-nun hüquqşünası ADMİU-da korrupsiya mövzusunda təlim keçib
11.05.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 400
ATMU-nun hüquqşünası ADMİU-da korrupsiya mövzusunda təlim keçib

Azərbaycan Turizm və Menecment Universitetinin baş hüquqşünası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsində “Ali təhsil müəssisələrində korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim keçib.

Təlim zamanı ali təhsil müəssisələrində şəffaflığın təmin olunması, korrupsiya hallarının qarşısının alınması, etik davranış qaydaları və hüquqi məsuliyyət məsələləri barədə ətraflı məlumat verilib. Görüş çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb