Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ankara Hacı Bayram Veli Universitetinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə qonaq qismində Ankara Hacı Bayram Veli Universitetinin dekanı Prof. Dr. Muharrem Tuna və dekan müavini Pr. Dr. Murat Kızanlıklı iştirak ediblər. ATMU tərəfdən isə Strateji inkişaf üztə prorektor Araz Aslanlı və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları İranə Axundova və Aytac Babayeva təmsil olunublar.
Görüşün əsas məqsədi iki ali təhsil müəssisəsi arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, gələcək birgə layihələr və akademik əlaqələrin müzakirəsi olub.
Prorektor Araz Aslanlı görüş zamanı universitetlərarası əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb. O, gələcəkdə birgə layihələrin və akademik əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağını qeyd edib.
Tərəflər universitetlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Azərbaycanca