ATMU nümayəndələri UNEC-də keçirilən elmi-praktiki konfransda iştirak ediblər
12.05.2026
Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 434
ATMU nümayəndələri UNEC-də keçirilən elmi-praktiki konfransda iştirak ediblər

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Keyfiyyət təminatı şöbəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi: Elm, təhsil və milli tərəqqi” adlı elmi-praktiki konfransın “Təhsil və insan kapitalı” bölməsi üzrə tədbir keçirilib.

Tədbirdə təhsil islahatları, keyfiyyət təminatı, keyfiyyət mədəniyyəti, süni intellektin idarəetmə proseslərində tətbiqi, Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri, Qarabağın dirçəlişində gənclərin rolu və liderlik bacarıqlarının formalaşdırılması kimi aktual mövzular ətrafında təqdimatlar dinlənilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin, eləcə də bir sıra ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib.

Sözügedən tədbirdə Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent əvəzi Sara Bağırlı təmsil edib. O, çıxışı zamanı effektiv keyfiyyət idarəetmə sisteminin tətbiqi istiqamətində süni intellekt qaynaqlı çağırışlar və çətinliklər barədə fikirlərini bölüşüb.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin elm, təhsil, mədəniyyət və gənclər siyasətinə verdiyi töhfələr xüsusi vurğulanıb. Bildirilib ki, Ulu Öndərin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə insan kapitalının inkişafına, gənclərin intellektual potensialının gücləndirilməsinə, eləcədə də milli tərəqqiyə mühüm töhfə verir.