Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi və gənclik” mövzusunda görüş keçirilib.
Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, ictimai fəallar və gənclər iştirak edərək Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi, Azərbaycan gəncliyinə göstərdiyi diqqət və ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti barədə fikirlərini bölüşüblər.
Görüş çərçivəsində fəallığı ilə seçilən bir qrup gənc sertifikat və mükafatlarla təltif olunub. Təltif edilənlər arasında universitetimizin tələbələri Məhyəddin Musayev və Fatimə Mahmudova da yer alıblar. Onların fəal iştirakı ali təhsil müəssisəsinin gənclərinin ictimai-siyasi həyata marağını və dövlətçilik dəyərlərinə bağlılığını bir daha nümayiş etdirib.
Tələbələrimizi təbrik edir, onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulayırıq.
Azərbaycanca