ATMU nümayəndəsi Türkiyədə beynəlxalq simpoziumda çıxış edib
13.05.2026
Menecment kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 426
ATMU nümayəndəsi Türkiyədə beynəlxalq simpoziumda çıxış edib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Menecment kafedrasının müdiri, dosent Camal Hacıyev Türkiyənin Bursa şəhərində Bursa Tekniki Universitetində keçirilən “Bursa International Trade and Logistics Symposium - IV” beynəlxalq simpoziumunda iştirak edib.

Konfransın plenar iclasında C.Hacıyev “Zəngəzur dəhlizinin açılmasının Azərbaycanın logistik sisteminə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Zəngəzur dəhlizinin regional nəqliyyat-logistika əlaqələrinin inkişafında rolu, Azərbaycanın tranzit imkanlarının genişlənməsi, beynəlxalq ticarət marşrutlarında strateji mövqeyinin güclənməsi və logistika sektoruna gözlənilən iqtisadi təsirlər geniş şəkildə təhlil olunub.

Tədbirdə müxtəlif ölkələrdən iştirak edən alimlər, mütəxəssislər və akademik nümayəndələr beynəlxalq ticarət, logistika və regional əməkdaşlıq istiqamətində aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində ATMU adından simpozium təşkilatçılarına xatirə hədiyyəsi təqdim olunub. Eyni zamanda C.Hacıyev konfrans iştirakçılarına qiymətli hədiyyələr və sertifikatlar təqdim edib.

Görüş zamanı kafedra müdiri Bursa Texnik Universitetinin rəhbərliyi, prof. dr. Naci Çağlar və universitetin İnsan və toplum fakültəsinin rəhbərliyi ilə qarşılıqlı akademik əməkdaşlıq imkanları, gələcək birgə fəaliyyət perspektivləri barədə müzakirələr aparıb.

Bundan əlavə, Mudanya Universitetinin rektoru, prof. dr. Ahmet Kesik ilə də görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

ATMU-nun beynəlxalq elmi platformalarda fəal iştirakı universitetin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsinə və elmi potensialının tanıdılmasına mühüm töhfə verir.