ATMU tələbələri “Hilton Baku”da tanışlıq turunda
15.05.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 746
ATMU tələbələri “Hilton Baku”da tanışlıq turunda

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Azərbaycan Hotel Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində “Qonaqpərvərliyə İlk Addım” layihəsinə start verilib.

Layihə çərçivəsində ilk tanışlıq turu Turizm işinin təşkili ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə Hilton Baku hotelində keçirilib.

Tədbirin açılışında hotelin Baş direktoru Erhan Gürsel, Əməliyyatlar üzrə direktor Xəyalə Əsgərzadə, İnsan Resursları üzrə menecer Aynur Ağayeva və Azərbaycan Hotel Assosiasiyasının İcraçı direktoru Əsmər Şabanova tələbələrlə görüşərək öz təcrübələrini bölüşüblər.

Hotelin Təlim və İnkişaf üzrə meneceri Günel Əmirova tərəfindən Hilton brendinin tarixi, dəyərləri, hotel şöbələrinin fəaliyyəti və karyera imkanları barədə təqdimat keçirilib.

Tələbələr hotelin müxtəlif şöbələri ilə tanış olub, əməliyyat proseslərini yaxından müşahidə edib və qonaqpərvərlik sahəsinin peşəkarları ilə ünsiyyət qurmaq imkanı əldə ediblər.

Layihəyə göstərdiyi dəstək və yüksək təşkilatçılığa görə Hilton Baku hotelinə təşəkkür edirik.

Tələbələrin hotelçilik sektoru ilə daha yaxından tanış olması məqsədilə növbəti tanışlıq turlarının digər üzv hotellərdə də davam etdirilməsi planlaşdırılır.