ATMU ilə Yade Tətbiqi Elmlər Universiteti arasında DAAD proqramı çərçivəsində tələbə mübadiləsi elan olunur
15.05.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 207
ATMU ilə Yade Tətbiqi Elmlər Universiteti arasında DAAD proqramı çərçivəsində tələbə mübadiləsi elan olunur

Azərbaycan Turizm və Menecment Universiteti ilə Yade Tətbiqi Elmlər Universiteti arasında DAAD proqramı çərçivəsində tələbə mübadiləsi elan olunur.

Mübadilə proqramında ATMU-nun “Turizm işinin təşkili” ixtisası üzrə I və II kurs bakalavr tələbələri iştirak edə bilərlər.

Tələb olunan sənədlər

Ali təhsil müəssisəsində təhsil almaq barədə arayış

Pasportun surəti

Biometrik foto

Transkript (ingilis dilində)

CV (Europass formatında, ingilis dilində)

Motivasiya məktubu (ingilis dilində)

Namizədlər üçün tələblər

İngilis dili — minimum B1 səviyyəsi

Alman dili — minimum A1 səviyyəsi

Maliyyə şərtləri

Təqaüd imkanı mövcuddur.

Alman dili yay məktəbində iştirak edilmədiyi halda, yay məktəbi üçün nəzərdə tutulmuş məbləğ ümumi maliyyə paketindən çıxılacaqdır.

Mübadilə müddəti

Qış semestri: sentyabr 2024 — yanvar 2025

Yay məktəbi: iyul — sentyabr

Qeydiyyat

Qeydiyyat linki: https://forms.office.com/r/YnnmQw4Bkw

Son müraciət tarixi: 26 may 2026

Ətraflı məlumat üçün:

ATMU Beynəlxalq Əlaqələr şöbəsi — 201-ci otaq

E-mail: international@atmu.edu.az