ATMU-da Beynəlxalq Ailə Gününə həsr olunan müzakirə keçirilib
15.05.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 386
ATMU-da Beynəlxalq Ailə Gününə həsr olunan müzakirə keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Beynəlxalq Ailə Günü münasibətilə “Geyim və məişət tarixi” fənni çərçivəsində Azərbaycan məişəti və ailə dəyərləri mövzusunda müzakirələr təşkil olunub.

Universitetin müəllimi Ləman Babayeva tələbələrlə Azərbaycan mentaliteti, milli-mənəvi dəyərlər, adət-ənənələr, həmçinin Azərbaycan cəmiyyətində ailə anlayışının yeri və əhəmiyyəti barədə fikir mübadiləsi aparıb. Görüş zamanı ailənin cəmiyyətin əsas dayaqlarından biri olması, milli dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyi diqqətə çatdırılıb.

Müzakirələr tələbələrin böyük marağı ilə qarşılanıb və mövzu ətrafında interaktiv diskussiyalar aparılıb.