Doktoranturaya qəbul elan edilir!
20.05.2026
Elmi tədqiqatlar və akademik təhsil mərkəzi
Bölmə: Elanlar
Baxış sayı: 6201
Doktoranturaya qəbul elan edilir!

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Azərbaycan Turizm və Menecment Universiteti

Azərbaycan Turizm və Menecment Universiteti 2026/2027-ci tədris ili üçün doktoranturaya qəbul elan edir!

Azərbaycan Turizm və Menecment Universiteti Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 320s nömrəli Sərəncamı ilə təsdiq olunmuş plana əsasən 2026/2027-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir. Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənədləri 2026-cı il 20 may tarixdən 09 iyun tarixədək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09:00-dan 17:00-dək ATMU-nun əsas korpusunda Elmi Tədqiqatlar və Akademik Təhsil Mərkəzinə (I mərtəbə, 105-ci otaq) təqdim etmək olar. Sənəd təqdim edən şəxslər həmçinin elektron formada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Portal.edu.az saytından da qeydiyyatdan keçməlidirlər.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

1. ərizə (ATMU rektorunun adına);

2. kadrların şəxsi-qeydiyyat vərəqi;

3. tərcümeyi-hal;

4. 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

5. iş yerindən xasiyyətnamə;

6. iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

7. çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

8. ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

9. şəxsiyyəti təsdiq edən sənədin surəti;

10. elmi rəhbərin razılıq sənədi.

Qeyd: Sənədlər ayrıca qovluqda müvafiq tələblərə uyğun hazırlanıb təqdim edilməlidir. Həmçinin, portal.edu.az saytında qeydiyyatdan keçərək sistemə yüklənməlidir. Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər. Xarici dildən imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

Azərbaycan Turizm və Menecment Universiteti, Elmi Tədqiqatlar və Akademik Təhsil Mərkəzi

Bakı ş.,K.Rəhimov küç. 822/23-cü məhəllə AZ 1072.

Tel: (+994) 012 564 42 33 (daxili 125)

E-mail: h.qasimli@atmu.edu.az