Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan III kurs tələbələri istehsalat təcrübəsini uğurla davam etdirirlər. Təcrübə proqramı tələbələrin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların əmək bazarına hazırlıq səviyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
İstehsalat təcrübəsi çərçivəsində tələbələr müxtəlif hotel, turizm, qonaqpərvərlik və xidmət müəssisələrində fəaliyyət göstərərək sektorun iş prinsipləri ilə yaxından tanış olurlar. Təcrübə müddətində onlar müştəri xidmətləri, rezervasiya sistemi, tur paketlərinin təşkili, turistlərlə kommunikasiya, xidmət keyfiyyətinin idarə olunması və komanda işi kimi sahələrdə praktiki bacarıqlar əldə edirlər.
Tələbələr real iş mühitində fəaliyyət göstərməklə universitetdə qazandıqları nəzəri bilikləri praktikada tətbiq etmək imkanı əldə edir, eyni zamanda peşəkar mühitdə qərarvermə, məsuliyyət və operativ fəaliyyət vərdişlərini inkişaf etdirirlər. Bu proses onların gələcək əmək fəaliyyətinə daha hazırlıqlı və rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına mühüm töhfə verir.
Azərbaycanca