İclasda İşçi qrupun sədri, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı SİP-in hazırlanması ilə bağlı görülən işlər və növbəti mərhələ barədə məlumat verib. Bildirilib ki, ötən müddətdə İşçi qrupun üzvləri kafedralarda professor-müəllim heyəti və sənaye nümayəndələri ilə görüşlər keçirərək maraqlı tərəflərin rəy və təkliflərini toplayıblar. Həmçinin doktorantların təkliflərinin toplanması prosesinin davam etdiyi qeyd olunub.
Daha sonra SİP-in strukturunun müzakirəsi aparılıb, iştirakçıların rəy və təklifləri dinlənilib. Növbəti mərhələdə sənədin struktur və formasının Komissiyada, eləcə də əsas maraqlı tərəflərlə müzakirə olunması və yekun təkliflər əsasında ATMU-nun yeni Strateji İnkişaf Planının hazırlanmasına başlanılması qərara alınıb.
Qeyd edək ki, ATMU-nun 2022-2026-cı illər üzrə Strategiyasının müddəti 2026-cı ildə yekunlaşacağından, cari ilin oktyabr ayında rektorun əmri ilə 2027-2031-ci illər üzrə Strateji İnkişaf Planının hazırlanması məqsədilə Komissiya və İşçi qrup yaradılıb. Komissiyanın tərkibinə sədr rektor olmaqla, prorektorlar, rektor müşavirləri, fakültə, kafedra və struktur rəhbərləri, həmçinin təhsilalanlar və işəgötürənlər daxildir. İşçi qrup isə Strateji inkişaf üzrə prorektorun rəhbərliyi ilə şöbə, fakültə və kafedralardan ümumilikdə 5 nəfər ilə formalaşdırılıb.
Azərbaycanca