25–26 may 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş “I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm” konfransı keçirilib. Konfrans Naxçıvan Dövlət Universiteti ilə yanaşı, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Mingəçevir Dövlət Universiteti, Ankara Hacı Bayram Vəli Universiteti, Gümüşhanə Universiteti, Bayburt Universiteti, Pamukkale Universiteti, Akdeniz Universiteti, Adıyaman Universiteti, Daşkənd Dövlət Universiteti və Macarıstanın Györ Universitetinin tərəfdaşlığı ilə təşkil olunub.
Konfransda ATMU nümayəndələri - professor Məhərrəm Zülfüqarlı, rektor köməkçisi Samir Məhərrəmov, İnsan resursları şöbəsinin müdiri Ayan Abbasova, dosent Aynur Bağırlı, dosent Firuzə Raşova, Tədris-metodiki şöbənin əməkdaşı Bəhruz İsgəndərov və Elmi tədqiqatlar və akademik təhsil mərkəzinin əməkdaşı Hacı Qasımlı məruzələrlə çıxış ediblər.
Çıxışlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, ATMU əməkdaşlarına sertifikatlar təqdim olunub.
Proqram çərçivəsində iştirakçılar Naxçıvan Heydər Əliyev Muzeyini ziyarət edib, həmçinin Naxçıvanın tarixi və mədəni məkanları ilə yaxından tanış olublar.
Azərbaycanca