Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2025/2026-cı tədris ilinin yaz semestrinin yay imtahan sessiyasına start verilib. İyunun 1-dən başlayan sessiya 5 həftə davam edəcək.
İmtahanlar elektron imtahan otaqları və digər auditoriyalarda hər gün saat 09:00-dan 17:30-dək həyata keçirilir.
Müxtəlif səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələbələr üçün həmin fənlər üzrə əlavə imtahan vermək imkanı iyul ayının 10-a qədər yaradılacaqdır.
Sessiyanın gedişinə operativ nəzarətin həyata keçirilməsi və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın təmin olunması məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Komissiya sessiya müddətində imtahanlarla bağlı daxil olan ərizə, təklif və şikayətləri araşdıracaq.
Yaz semestrinin imtahan sessiyasında tələbələrimizə uğurlar arzu edirik!
Azərbaycanca