Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
Azərbaycan Turizm və Menecment Universiteti
ATMU 2026/2027-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə təkrar ali təhsil almaq üçün qəbul elan edir
• Turizm işinin təşkili
• Turizm bələdçiliyi
• Menecment
• Marketinq
• Maliyyə
• Biznesin idarə edilməsi
• Qida mühəndisliyi
• Sosial iş
• Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması
• Beynəlxalq münasibətlər
• Dövlət və bələdiyyə idarəetməsi
Təkrar ali təhsil almaq üçün əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər ATMU-nun müəyyənləşdirdiyi qaydaya əsasən müsabiqədə iştirak edə bilər.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
• təhsil müəssisəsi rəhbərinin adına ərizə;
• ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surəti və qiymət kitabçasından çıxarış;
• əmək kitabçasından çıxarış;
• şəxsiyyət vəsiqəsinin surəti;
• 3x4 ölçüdə 4 ədəd fotoşəkil.
• İş yerindən arayış
Sənədlər 02 iyun tarixindən, həftənin I-V günləri saat 10:00-16:00 arası ixtisasa uyğun olaraq ATMU-nun hər iki tədris binasında qəbul edilir.
Təkrar ali təhsil almaq üçün ATMU-ya sənədlərini təqdim etmiş şəxslərlə ATMU-da yaradılan Komissiya müsahibə aparır. Müsahibədən uğurla keçənlər seçdikləri əlavə təhsil ixtisası üzrə təkrar ali təhsil alan tələbələr sırasına qəbul edilirlər. Təkrar ali təhsil almaq şansı əldə etmiş və tələbələr sırasına qəbul edilmiş şəxslər əvvəlki ali təhsil ixtisaslarının uyğunluğundan asılı olaraq müvafiq ixtisaslara qəbul olunur və onlar üçün təhsil müddəti müəyyənləşdirilir.
Xaricdə təhsil almış şəxslər təkrar ali təhsil almaq üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində müvafiq prosedur (nostrifikasiya) keçməklə şəhadətnamə aldıqdan sonra sənədlərini təqdim edə bilərlər.
Təhsil ödənişlidir. Təhsil haqqı ixtisaslara uyğun olaraq müəyyənləşdirilir.
Qeyd: Sənəd təqdim edənlər həmçinin elektron formada Elm və Təhsil Nazirliyinin www.portal.edu.az saytından da qeydiyyatdan keçməlidirlər. Yuxarıda qeyd olunan sənədlərin hər birinin sistemə yüklənilməsi mütləqdir.
Azərbaycan Turizm və Menecment Universiteti
K.Rəhimov küç. 822/23-cü məhəllə
Tel: (+99412) 5644233
Azərbaycanca