ATMU-da keyfiyyət yönümlü tədrisə dair təlim keçirilib
04.06.2026
Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 267
ATMU-da keyfiyyət yönümlü tədrisə dair təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Keyfiyyət yönümlü tədris: yeni təlim metodlarının tətbiqi təcrübələri” mövzusunda iki günlük praktiki təlim kursu uğurla başa çatıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə 2 gün keçirilən təlimin əsas məqsədi universitetin akademik heyətinin peşəkar bacarıqlarını inkişaf etdirmək və innovativ tədris metodlarının turizm və idarəetmə sahələri üzrə kadr hazırlığına inteqrasiyasını dəstəkləmək olub.

Təlimin aparıcı məruzəçisi və təlimçisi müasir təhsil üzrə mütəxəssis Şəlalə Mahmudova olub. Onun rəhbərliyi ilə iştirakçılar təhsil prosesinin müasirləşdirilməsi, akademik proqramların beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılması və yeni tədris yanaşmalarının tətbiqi ilə bağlı metodoloji məsələləri müzakirə ediblər.

Təlim çərçivəsində müəllimlər praktiki tapşırıqlar yerinə yetirib, tədrisin təşkili, qiymətləndirmə metodlarının seçilməsi və rəqəmsal texnologiyalardan səmərəli istifadə ilə bağlı fikir mübadiləsi aparıblar.