Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Rəqəmsal İnkişaf Konsepsiyasının fəaliyyət planı çərçivəsində həyata keçirilmiş tədbirlər haqqında” mövzusunda iclas keçirilib.
Universitetin rəhbər heyətinin və aidiyyəti struktur bölmə rəhbərlərinin iştirak etdiyi toplantıda rəqəmsallaşma istiqamətində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr müzakirə olunub.
Müzakirələr zamanı universitetdə rəqəmsal idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi, informasiya sistemlərinin səmərəliliyinin artırılması və rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər nəzərdən keçirilib. Həmçinin fəaliyyət planı üzrə görülmüş işlərin nəticələri qiymətləndirilib, növbəti mərhələdə icrası nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.
İclasın sonunda rəqəmsal inkişaf istiqamətində işlərin davam etdirilməsi, struktur bölmələri arasında koordinasiyanın gücləndirilməsi və fəaliyyət planında nəzərdə tutulan tədbirlərin vaxtında icrasının təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Azərbaycanca