ATMU-da rəqəmsallaşma istiqamətində görülən işlər müzakirə olunub
25.05.2026
--
Bölmə: Xəbərlər
Baxış sayı: 107
ATMU-da rəqəmsallaşma istiqamətində görülən işlər müzakirə olunub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) rəqəmsal inkişaf sahəsində həyata keçirilən tədbirlərin qiymətləndirilməsi və qarşıdakı hədəflərin müəyyənləşdirilməsi məqsədilə növbəti işçi görüş keçirilib.

İclasda universitetin rektoru İlham Məmmədov, prorektor Araz Aslanlı, rektor müşaviri Fərid Cabbarlı, Strateji inkişaf və keyfiyyət təminatı şöbəsini müdiri Sara Bağırlı, İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Bağırlı və baş mütəxəssis Fazil Seyidli iştirak ediblər. İclasda rəqəmsallaşma prosesinin mövcud vəziyyəti, əldə olunan nailiyyətlər və gələcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılıb.

Tədbirdə çıxş edənlər rəqəmsal idarəetmə sistemlərinin inkişafı, elektron xidmətlərin təkmilləşdirilməsi, məlumat bazalarının inteqrasiyası və universitetdə innovativ texnologiyaların tətbiqi ilə bağlı görülən işlər barədə məlumat veriblər.

Müzakirələr zamanı rəqəmsal transformasiya prosesinin daha da sürətləndirilməsi, informasiya sistemlərinin funksionallığının artırılması, istifadəçi yönümlü elektron xidmətlərin genişləndirilməsi və idarəetmədə müasir texnologiyaların tətbiqinin əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində həyata keçirilən tədbirlərin nəticələri təhlil olunub, qarşıdakı dövr üçün prioritet istiqamətlər müəyyənləşdirilib və struktur bölmələri arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Tədbirin yekununda rəqəmsal inkişaf sahəsində fəaliyyətin davam etdirilməsi, nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə icrasının təmin olunması məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.