Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Elmi məsələlər üzrə prorektoru, p.e.d., professor İranə Əliyeva ilə Bakı Avrasiya Universitetinin (BAU) Beynəlxalq əlaqələr üzrə prorektoru Sevda Rzayeva arasında onlayn görüş keçirilib.
Görüşdə ATMU-nun Elmi-Tədqiqatlar və Akademik Təhsil Mərkəzinin bölmə rəhbəri, p.e.n., dosent Novruz Quliyev, həmin strukturun baş mütəxəssisi, b/m Həlilə Məmmədova və Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Abas Yusifzadə də iştirak ediblər.
Universitetlərarası onlayn tədbirdə əməkdaşlıq əlaqələrinin qurulması, birgə elmi-tədqiqat işlərinin aparılması və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. Tərəflər növbəti görüşlərdə daha geniş iştirakçılığın təmin edilməsi, həmçinin doktorantura və magistratura səviyyələrində birgə elmi-tədqiqat layihələrinin təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.
ATMU-nun prorektoru İranə Əliyevanın irəli sürdüyü elmi-tədqiqat layihələri Bakı Avrasiya Universitetinin prorektoru Sevda Rzayeva tərəfindən maraqla qarşılanıb.
Azərbaycanca