İnsan Hüquqları Aylığı: Hüquq və azadlıqların təbliğinə töhfə
18.06.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 513
İnsan Hüquqları Aylığı: Hüquq və azadlıqların təbliğinə töhfə

Hər il ölkəmizdə qeyd olunan “İnsan Hüquqları Aylığı” insan hüquq və azadlıqlarının təşviqi, hüquqi maarifləndirmənin artırılması və cəmiyyətdə hüquq mədəniyyətinin formalaşdırılması məqsədi daşıyır. Bu təşəbbüs çərçivəsində vətəndaşların fundamental hüquqları, bərabərlik, ədalət və iifadə azadlığı kimi dəyərlər ön plana çəkilir.

İnsan hüquqları hər bir şəxsin malik olduğu ayrılmaz hüquq və azadlıqlardır. Bu hüquqların qorunması demokratik cəmiyyətin inkişafı, sosial ədalətin təmin olunması və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İnsan Hüquqları Aylığı çərçivəsində keçirilən maarifləndirici tədbirlər cəmiyyətin hüquqi biliklərinin artırılmasına, insan hüquqlarına hörmət və məsuliyyət hissinin gücləndirilməsinə xidmət edir.