ATMU-da Strateji İnkişaf Planı üzrə İşçi qrupun növbəti iclası keçirilib
22.06.2026
Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 184
ATMU-da Strateji İnkişaf Planı üzrə İşçi qrupun növbəti iclası keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 2027-2031-ci illər üzrə Strateji İnkişaf Planının (SİP) hazırlanması məqsədilə yaradılmış İşçi qrupun növbəti iclası keçirilib.

İclasda İşçi qrupun sədri, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı SİP-in hazırlanması üçün formalaşdırılmış İşçi qrupun tərkibinə yeni üzvlərin daxil edilməsi barədə məlumat verib. Daha sonra qarşıdakı mərhələlər və görüləcək işlər müzakirə olunub.

Araz Aslanlı bildirib ki, hazırkı mərhələdə ATMU-da strategiya, keyfiyyət təminatı, tədris, elmi tədqiqat, idarəetmə, infrastruktur, beynəlmiləlləşmə və rəqəmsallaşma sahələri üzrə mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə daxili özünütəhlilin aparılması zəruridir. Bu məqsədlə İşçi qrup üzvləri arasında iş bölgüsü aparılıb, təhlil üçün əsas meyarlar və tələb olunan sənədlərin siyahısı müzakirə edilib.

Qeyd olunub ki, özünütəhlil mərhələsi başa çatdıqdan sonra əldə olunan nəticələr əsasında baza və hədəf göstəricilərin müəyyənləşdirilməsi nəzərdə tutulur.