DAAD proqramı üzrə tələbə mübadiləsi üçün müsahibələr keçirilib
22.06.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 299
DAAD proqramı üzrə tələbə mübadiləsi üçün müsahibələr keçirilib

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Almaniyanın Jade Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən DAAD proqramı üzrə tələbə mübadiləsi imkanları 2026-cı ildə də genişlənməkdə davam edir. Proqram çərçivəsində ATMU tələbələrinin 2026-cı ilin payız semestrində Almaniyada təhsil alması məqsədilə müsahibə mərhələsi təşkil olunub.

Müsahibə prosesi ATMU-nun Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşı İranə Axundova, Jade Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Andrea Menn və beynəlxalq əlaqələr üzrə mütəxəssis İlze Peksa tərəfindən həyata keçirilib. Bu mərhələdə tələbələrin akademik hazırlığı, motivasiyası və xarici mühitdə təhsil almağa uyğunluğu qiymətləndirilib.

Bu əməkdaşlıq yalnız akademik mübadiləni deyil, həmçinin mədəni təcrübə paylaşımını, dil bacarıqlarının inkişafını və tələbələrin fərdi inkişafını da dəstəkləyir. Proqram iştirakçılarına Almaniyanın qabaqcıl tətbiqi elmlər sistemində praktiki biliklər əldə etmək imkanı yaradır.