Əziz I kurs tələbələri,
Azərbaycan-Avstriya Beynəlxalq Turizm Təhsil Proqramına yeni tələbə qəbulu başladı.
Proqrama müraciət üçün aşağıdakı sənədlər tələb olunur:
• Şəxsiyyət vəsiqəsi və yaxud xarici pasportun surəti
• 1 ədəd 3x4 ölçülü fotoşəkil (son 2 ayda çəkilmiş)
• Europass formatında CV (ingilis dilində)
• Məktəb attestatı (azərbaycan dilində)
• Akademik Transkript (azərbaycan dilində)
• Motivasiya məktubu (ingilis dilində)
• Esse (təqdim olunmuş mövzular əsasında ingilis dilində)
• Minimum 5.5 IELTS göstəricisi (sertifikat təqdim etmək üçün son tarix: 31 yanvar 2027-ci il)
İkili Diplom Proqramında təhsil almağın üstünlükləri
• Biri milli, digəri beynəlxalq olmaqla iki bakalavr diplomuna sahib olmaq imkanı;
• Tədrisin tam olaraq ingilis dilində təşkili;
• Dərslərin əksəriyyətinin əcnəbi (Avstriyadan və digər Avropa dövlətlətlərindən olan) müəllimlər tərəfindən tədrisi;
• Avstriyada bir semestr müddətində tələbə mübadilə proqramında iştirak etmək fürsəti;
• Beynəlxalq turizm sənayesində iş imkanları;
• Xarici ölkələrdə istehsalat təcrübəsi keçmək imkanı;
• Məzunlarımızın öz təhsillərini Avropada davam etdirmək imkanı.
Qeydiyyat linki: https://forms.office.com/r/PXS0j5iQGj?origin=lprLink
Proqrama müraciət üçün sənədlərin təqdim edilməsinin son tarixi: 10.07.2026
Sənədlərin elektron versiyasını international@atmu.edu.az e-mail ünvanına göndərə bilər və yaxud Beynəlxalq Əlaqələr şöbəsinə (Gənclik korpus, II mərətəbə otaq 201) təhvil verə bilərsiniz.
Azərbaycanca