Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) akademik və inzibati heyət üzvləri üçün təşkil olunan “MS Office Proqramları” mövzusunda təlim uğurla başa çatıb. Əməkdaşların rəqəmsal bacarıqlarının artırılması məqsədi daşıyan təlim
İnformasiya texnologiyaları və İnsan resursları şöbələrinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Təlim zamanı iştirakçılar Microsoft Word, Excel, PowerPoint və Outlook proqramlarından səmərəli istifadə, sənədlərin hazırlanması, məlumatların təhlili, təqdimatların tərtibi, eləcə də korporativ elektron poçt xidmətlərinin effektiv idarə olunması üzrə nəzəri və praktiki biliklər əldə ediblər.
Təlimlər İnformasiya Texnologiyaları şöbəsinin əməkdaşları Nigar Hacılı və Rəşidə Avşar tərəfindən keçirilib.
Təlim proqramını uğurla tamamlayan iştirakçılara sertifikatlar ATMU-nun rektoru İlham Mədətov və strateji inkişaf məsələləri üzrə prorektoru Araz Aslanlı tərəfindən təqdim olunub.
Qeyd olunub ki, bu kimi təlimlərin mütəmadi təşkili əməkdaşların peşəkar inkişafına, rəqəmsal bacarıqlarının təkmilləşdirilməsinə və universitetdə rəqəmsal transformasiya prosesinin sürətləndirilməsinə mühüm töhfə verir.
Azərbaycanca