ATMU nümayəndəsi ADMİU-da yekun attestasiyada iştirak edib
23.06.2026
Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 833
ATMU nümayəndəsi ADMİU-da yekun attestasiyada iştirak edib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndəsinin iştirakı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsində “Turizm işinin təşkili” ixtisası üzrə buraxılış işlərinin yekun dövlət attestasiyası keçirilib.

Attestasiya çərçivəsində tələbələrin hazırladıqları buraxılış işlərinin müdafiəsi dinlənilib, onların ixtisas üzrə qazandıqları nəzəri və praktiki biliklər komissiya tərəfindən qiymətləndirilib.

Yekun dövlət attestasiya komissiyasının sədri qismində ATMU-nun Humanitar və sosial elmlər kafedrasının dosent əvəzi, s.ü.f.d Firuzə Raşova iştirak edib. Komissiyanın tərkibində ADMİU-nun professor-müəllim heyətindən 5 nəfər üzv də yer alıb.

Müdafiə mərhələsində ümumilikdə 12 buraxılış işi tələbələr tərəfindən uğurla təqdim olunub. İşlər mövcud qiymətləndirmə meyarlarına uyğun olaraq dəyərləndirilib. Müdafiələr zamanı tələbələrin tədqiqat bacarıqları, analitik düşüncə tərzi və mövzuların praktik əhəmiyyəti xüsusi diqqət mərkəzində olub.

Attestasiya prosesi qüvvədə olan təhsil standartlarına uyğun şəkildə yekunlaşıb.