Azərbaycan-Avstriya İkili Diplom Proqramının növbəti bakalavr qrupu məzun oldu
25.06.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 1053
Azərbaycan-Avstriya İkili Diplom Proqramının növbəti bakalavr qrupu məzun oldu

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti (@imckrems) arasında uğurla davam edən əməkdaşlıq çərçivəsində həyata keçirilən Azərbaycan-Avstriya Turizm Təhsil Proqramının (AATP) 2023-cü il bakalavr qrupu məzun olub

ATMU-da təşkil olunan məzuniyyət mərasimində proqramın direktoru Prof. Mattia Rainoldi çıxış edərək məzunları təbrik edib. O, bu nailiyyətin illərlə davam edən zəhmət və əzmkarlığın nəticəsi olduğunu vurğulayaraq, məzunlara gələcək peşə fəaliyyətlərində yenilikçi, məsuliyyətli və daim inkişaf etməyə açıq olmalarını tövsiyə edib.

Azərbaycan-Avstriya İkili Diplom Proqramı artıq 20 ildir ki, Azərbaycan və Avstriya arasında uğurlu akademik tərəfdaşlığın nümunəsi kimi fəaliyyət göstərir və beynəlxalq standartlara uyğun turizm təhsili təqdim edir.

2025/2026-cı tədris ilində Azərbaycan-Avstriya Turizm Təhsil Proqramının AATP 2023-cü il qəbul qrupundan 11 tələbə təhsilini uğurla başa vuraraq məzun adını qazanıb:

• Rəvan Abbasov

• Azər Abdullayev

• Zəfər Aslanov

• Həsən Cahangirzadə

• Səlcan Əhmədli

• Fidan Əhmədova

• Amin Əlizadə

• Muhamməd Əsədli

• Taleh Quliyev

• Jasmin Məcidova

• Nihad Sadıxov

Bu məzunlarla birlikdə Azərbaycan-Avstriya Turizm Proqramının ümumi məzun sayı 310 nəfərə çatıb.

Azərbaycan-Avstriya Turizm Proqramının İkili Diplom Proqramının bütün məzunlarını səmimi qəlbdən təbrik edir, onlara gələcək karyera və şəxsi həyatlarında uğurlar arzulayırıq.