Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Qida mühəndisliyi ixtisası üzrə bir qrup tələbənin buraxılış işlərinin yekun müdafiəsi keçirilib.
Müdafiə zamanı tələbələr təhsil müddətində qazandıqları nəzəri bilik və praktik bacarıqlar əsasında hazırladıqları buraxılış işlərini komissiyaya təqdim edərək mövzularını ətraflı şəkildə müdafiə ediblər.
Yekun müdafiəyə komissiyanın sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin b.e.n., dos. Nazilə Axundova rəhbərlik edib. Komissiya sədrinin müavini ATMU-nun Mehmanxana və restoran işi kafedrasının müdiri, s.ü.f.d., dos. Tərlan Növrəsli olub. Komissiyanın tərkibində a.e.ü.f.d., dos. Çingiz Əliyev, b.e.n., dos. Gülnar Məmmədli, baş müəllim Həlilə Məmmədova, p.e.n., dos. Novruz Quliyev, müəllim Pakizə Tanırverdiyeva, b.e.n., dos. Aytəkin Pənahova, müəllim Səkinə Abbasova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin b.e.n., dosenti Ədilə Mahmudova iştirak ediblər.
Müdafiə zamanı tələbələr komissiya üzvlərinin suallarını ətraflı cavablandıraraq əldə etdikləri bilik və bacarıqları uğurla nümayiş etdiriblər. Təqdim olunan buraxılış işləri aktuallığı, elmi-praktiki əhəmiyyəti və təqdimat səviyyəsinə görə komissiya tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycanca