ATMU-da “Peşə etikası” mövzusunda təlim keçirilib
30.06.2026
İnsan resursları şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 957
ATMU-da “Peşə etikası” mövzusunda təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) müəllim və inzibati heyət üçün “Peşə etikası” mövzusunda təlim təşkil olunub. Təlimin məqsədi peşə fəaliyyətində etik davranış prinsiplərinin, korporativ mədəniyyətin və peşəkar ünsiyyət qaydalarının iştirakçılara çatdırılması olub.

Təlim ATMU-nun Ümumi fənlər kafedrasının dosenti, f.ü.f.d Elşən Bayramzadə tərəfindən keçirilib. Tədbir zamanı etikanın mahiyyəti, əxlaq anlayışı, sosial-etik normalar, eləcə də peşəkar etikanın mahiyyəti və növləri barədə ətraflı məlumat verilib, gündəlik iş fəaliyyətində etik davranışın əhəmiyyəti vurğulanıb.

Təlim müəllim və inzibati heyətin peşəkar inkişafına töhfə verməklə yanaşı, universitetdə sağlam və etik iş mühitinin möhkəmləndirilməsinə xidmət edib.