Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) magistratura səviyyəsi üzrə MQT2401 və MBA ƏMKİE-2401 qruplarının dissertasiya işlərinin yekun müdafiəsi keçirilib.
Yekun müdafiəyə komissiyanın sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin b.e.n., dos. Nazilə Axundova rəhbərlik edib. Komissiya sədrinin müavini vəzifəsini ATMU-nun kafedra müdiri, s.ü.f.d., dos. Tərlan Növrəsli icra edib.
Komissiyanın tərkibində a.e.ü.f.d., dos. Çingiz Əliyev, b.e.n., dos. Gülnar Məmmədli, baş müəllim Həlilə Məmmədova, p.e.n., dos. Novruz Quliyev, b.e.n., dos. Aytəkin Pənahova, müəllimlır Pakizə Tanırverdiyeva və Səkinə Abbasova, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin b.e.n., dos. Ədilə Mahmudova yer alıblar.
Müdafiə zamanı magistrantlar dissertasiya işlərini uğurla təqdim edərək elmi araşdırmalarının nəticələrini komissiya üzvlərinə çatdırıb, verilən sualları ətraflı cavablandırıb, qazandıqları peşəkar bilik və bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycanca