ATMU-da magistr dissertasiyalarının müdafiəsi keçirilib
03.07.2026
Menecment kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 517
ATMU-da magistr dissertasiyalarının müdafiəsi keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Menecment ixtisası üzrə magistr dissertasiyalarının müdafiəsi uğurla başa çatıb.

Müdafiələr sahələr üzrə ixtisaslaşma istiqamətində fəaliyyət göstərən İxtisaslaşdırılmış Elmi Şuranın iştirakı ilə keçirilib. Şuraya Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin şöbə müdiri, i.ü.f.d, dosent Pərviz Həsənov sədrlik edib. Sədr müavini qismində ATMU-nun Menecment kafedrasının müdiri, i.ü.f.d., dosent Camal Hacıyev çıxış edib. Şuranın üzvləri i.ü.f.d., dosent Elşad Yusifov və müəllimlər Ülkər Sadıqova və Ramil Quliyev magistrantların elmi-tədqiqat işlərini qiymətləndiriblər.

Müdafiə zamanı magistrantlar dissertasiya mövzuları üzrə təqdimatlarla çıxış edərək apardıqları elmi araşdırmaların nəticələrini təqdim edib, şura üzvlərinin suallarını cavablandırıblar. Təqdim olunan dissertasiya işləri aktuallığı, elmi yanaşması və praktik əhəmiyyəti baxımından dəyərləndirilib.

Sonda Şuranın qərarına əsasən magistrantların dissertasiya işləri qiymətləndirilib və müvafiq qərarlar qəbul olunub.