ATMU məzunu Çin Hökumət Təqaüdünə layiq görülüb
06.07.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 1436
ATMU məzunu Çin Hökumət Təqaüdünə layiq görülüb

ATMU məzunu Çin Hökumət Təqaüdünə layiq görülüb

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) məzunu Humay Qasımova beynəlxalq akademik uğura imza atıb. O, Çin Hökumət Təqaüdünü (Chinese Government Scholarship – CSC) qazanaraq Çin Xalq Respublikasının nüfuzlu Sichuan Universitetində magistratura təhsili almaq hüququ əldə edib.

Humay Qasımova 540.8 bal toplayaraq ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin Tərcüməçilik ixtisasına qəbul olub, təhsil müddətində yüksək akademik göstəricilər nümayiş etdirib. O, eyni zamanda ATMU ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında uğurla həyata keçirilən Azərbaycan-Avstriya İkili Diplom Proqramının məzunu olaraq beynəlxalq təhsil təcrübəsi qazanıb.

Məzunumuz əldə etdiyi uğurların davamı olaraq Çin Hökumət Təqaüdünə layiq görülüb və Sichuan University universitetində Biznesin İdarəedilməsi (Business Administration) ixtisası üzrə magistratura təhsili almaq imkanı qazanıb. Dünyanın müxtəlif ölkələrindən seçilən istedadlı tələbələrə təqdim olunan bu təqaüd proqramı beynəlxalq səviyyədə ən nüfuzlu təhsil imkanlarından biri hesab edilir.

Humay Qasımovanın bu nailiyyəti ATMU məzunlarının beynəlxalq təhsil məkanında rəqabətqabiliyyətli kadrlar kimi yetişdiyini və universitetin tələbələrə təqdim etdiyi akademik və beynəlxalq imkanların uğurlu nəticələr verdiyini bir daha nümayiş etdirir.

Azərbaycan Turizm və Menecment Universiteti məzunumuz Humay Qasımovanı bu əlamətdar uğur münasibətilə səmimi qəlbdən təbrik edir, ona gələcək təhsil və peşəkar fəaliyyətində yeni nailiyyətlər arzulayır.