Tarixi Səmərqənd şəhərində beynəlxalq yay məktəbi
07.07.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 1463
Tarixi Səmərqənd şəhərində beynəlxalq yay məktəbi

Dünyanın ən qədim və füsunkar şəhərlərindən biri olan Səmərqənddə yerləşən Silk Road International University of Tourism and Cultural Heritage tələbələr üçün Beynəlxalq Yay Məktəbi proqramına müraciətləri qəbul edir.

Elan Azərbaycan Turizm və Menecment Universitetinin bütün tələbələrinə şamil olunur. Proqramda iştirak haqqı tələb olunmur.

Proqram iştirakçıları:

 Akademik sessiyalarda iştirak edəcək;
Mədəni tədbirlər və ekskursiyalar vasitəsilə Özbəkistanın zəngin irsi ilə tanış olacaq;
Müxtəlif ölkələrdən olan tələbələrlə beynəlxalq əlaqələr qurmaq imkanı əldə edəcəklər.

Universitet tərəfindən təmin olunur:
✔️ Gündəlik qidalanma;
✔️ Hava limanından qarşılama və yola salınma;
✔️ Yerli nəqliyyat;
✔️ Bütün mədəni tədbirlər və ekskursiyalar.

İştirakçı tərəfindən qarşılanacaq xərclər:
✈️ Beynəlxalq aviabilet.

ATMU tərəfindən qarşılanacaq xərclər:
Yerləşmə xərci

Proqram tarixi: 15–22 avqust 2026
⏳ Son müraciət tarixi: 24 iyul 2026

Tələb olunan sənədlər:
• Xarici pasport
• CV (ingilis dilində)
• Motivasiya məktubu (ingilis dilində)

✈️ Beynəlxalq təcrübə qazanmaq, yeni dostluqlar qurmaq və UNESCO Dünya İrs Siyahısına daxil olan möhtəşəm Səmərqənd şəhərində unikal bir yay yaşamaq istəyirsənsə, bu fürsəti qaçırma!

Proqrama müraciət etmək üçün qeydiyyatdan keçmək mütləqdir. https://forms.cloud.microsoft/r/u1zsuvhb9z?origin=lprLink

Sənədlərin elektron versiyasını international@atmu.edu.az e-mail ünvanına göndərə və ya Beynəlxalq Əlaqələr şöbəsinə (Gənclik korpusu, II mərtəbə, otaq 201) təqdim edə bilərsiniz.