AATP-a qəbul üzrə müsahibələr yekunlaşıb
17.07.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 1035
AATP-a qəbul üzrə müsahibələr yekunlaşıb

17 iyul tarixində Azərbaycan–Avstriya Turizm Proqramına (AATP) 2026/2027-ci tədris ili üzrə bakalavr qrupunun formalaşdırılması məqsədilə keçirilən qəbul müsahibələrinin ikinci günü onlayn formatda təşkil olunub.

Müsahibələrin ikinci günü komissiyanın sədri, Dillər kafedrasının müdiri Əzizə Məmmədovanın rəhbərliyi ilə davam edib.

Komissiyanın tərkibində Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin Təhsil və təlim sektorunun müdiri Günay Fərzəliyeva-Qulusoy, həmin sektorun aparıcı məsləhətçisi İlqarə Abdullayeva, ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İranə Axundova, Dillər kafedrasının 1 ştat vahidi dosent əvəzi Nigar Həbibullayeva, Sosial idarəetmə fakültəsinin tyutoru Gülnar Qədirova, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, Azərbaycan–Avstriya Turizm Proqramının (AATP) koordinatoru Aytac Babayeva yer alıblar.

Müsahibələrin ikinci günündə ümumilikdə 15 namizəd iştirak edib. Namizədlərdən 6 nəfər "Turizm işinin təşkili" ixtisası (tədris ingilis dilində), 5 nəfər "Tərcüməçilik", 1 nəfər "Turizm işinin təşkili" ixtisası (tədris Azərbaycan dilində), 1 nəfər "Turizm işinin təşkili" ixtisası (tədris rus dilində), 1 nəfər "Sosial iş" və 1 nəfər "Qida mühəndisliyi" ixtisası üzrə təhsil alan tələbələr olub.

Müsahibələr zamanı namizədlərin proqram haqqında məlumatlılıq səviyyəsi, ingilis dili bilikləri, analitik düşünmə bacarıqları, motivasiyası, beynəlxalq təhsil mühitinə uyğunluğu və proqramda təhsil alma potensialı qiymətləndirilib.

Beləliklə, 2026/2027-ci tədris ili üzrə Azərbaycan–Avstriya Turizm Proqramının bakalavr qrupunun formalaşdırılması məqsədilə keçirilən qəbul müsahibələri uğurla yekunlaşıb. Müsahibələrin nəticələri qiymətləndirmə prosesi başa çatdıqdan sonra namizədlərə elan olunacaq.