ATMU-da Strateji İnkişaf Planının növbəti mərhələsi müzakirə olunub
28.07.2026
Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 75
ATMU-da Strateji İnkişaf Planının növbəti mərhələsi müzakirə olunub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2027–2031-ci illəri əhatə edən Strateji İnkişaf Planının (SİP) hazırlanması məqsədilə yaradılmış İşçi qrupun növbəti iclası keçirilib.

İclasda İşçi qrupun sədri, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı SİP-in hazırlanması çərçivəsində həyata keçirilən özünütəhlil prosesində fəal iştiraklarına görə qrup üzvlərinə təşəkkürünü bildirib. Daha sonra üzvlər özünütəhlilin nəticələrinə əsasən təkmilləşdirilməsinə ehtiyac duyulan istiqamətlər barədə məlumat veriblər.

Görüş zamanı növbəti mərhələnin fəaliyyət planı müzakirə olunub. Özünütəhlil nəticəsində müəyyən edilmiş prioritet istiqamətlər üzrə hədəf, məqsəd, resurslar və digər mühüm komponentləri əhatə edən Strateji İnkişaf Planının layihəsinin hazırlanması qərara alınıb.

İclasda həmçinin İşçi qrupun üzvləri arasında iş bölgüsü aparılıb və sənədin ilkin layihəsinin sentyabr ayının əvvəlinədək hazırlanaraq təqdim edilməsi nəzərdə tutulub.